İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır, söz verir, amma əməl etmir"- Səməd Seyidov

 “Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tviterdə yazıb.

O bildirib ki, Ermənistan təhlükəsizliyinin təmin olunması üçün vəd versə də, mənfur hərəkətin qarşısının alınması üçün heç bir addım atmayıb:

“Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır, söz verir, amma əməl etmir. Bu, Ermənistan üçün ayıbdır".
 
Seyidov bildirib ki, Ermənistan öz vədlərinə xilaf çıxır ki, bu da onun Azərbaycanla danışıqlara yanaşmasında özünü büruzə verir.

Qeyd edək ki, dünən, aprelin 14-də ağır Ermənistanda atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan bayrağı zala gətirildikdən sonra təşkilatçılardan biri, dizayner Aram Nikolyan biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb.
 
Musavat.com
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR