Onlayn ictimai-siyasi qəzet
Kollektiv Qərb ölkələri öz vətəndaşlarına ard-arda çağırışlar edir. Onlar təxminən eyni məzmunlu bəyanatlar yayaraq, vətəndaşlarına Livana getməməyi, gedənlərə isə dərhal bu ölkəni tərk etmələrini tövsiyə edirlər. Oradan çıxa bilməyənlərə isə ciddi şəkildə təlimat verilir: "Özünüzə uzunmüddətli sığınacaq hazırlayın..."
Təbii ki, bütün bunlar yaxın zamanlarda olası İsrali - İran proksi müharibəsi baxımından edilir. HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda qətlindən sonra ali dini lider qisas sözü verib və hazırda İranın İsraili nə zaman vuracağı dünya gündəminin 1 saylı mövzusudur. Artıq bu barədə tarix belə göstərilib.
Musavat.com bildirir ki, mötəbər yayın orqanı olan Sky News Arabia da bu barədə məlumatla çıxış edib. Qərb kəşfiyyat mənbələrinin məlumatlarına istinad edən Sky News Arabia xəbər verir ki, İran 2024-cü ildə 12 və 13 avqusta təsadüf edən yəhudi xalqının fəlakət günü sayılan "Tişa beAv" (İbranicə: תשעה באב) günü İsrailə hücum etməyi planlaşdırır.
Xəbərdə qeyd olunur ki, İranın HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olacaq hücumunu, çox güman ki, Livanın Hizbullah qruplaşması koordinasiya edəcək.
"Niyə Livan?" sualının cavabı da buradadır. İranın özünün İsraillə məsafəsini və sərhədlərinin olmamasını nəzərə aldıqda, bəlli olur ki, Təl-Əvivə qarşı müharibəni onun proksi gücləri aparacaq. Onlardan ən mühümü və uyğunu isə Livanın "Hizbullah" qruplaşmasıdır.
Belə bir tarixi şəraitdə və məqamda Ermənistan Xarici İşlər Nazirliyi də anekdot kimi açıqlama yayıb.
Ermənistan XİN də öz vətəndaşlarına çağırış edir ki, zərurət olmadığı təqdirdə müvəqqəti olaraq Livana səfərlərdən çəkinsinlər.
Sitat: "Eyni zamanda, Nazirlik hazırda Livanda yaşayan Ermənistan vətəndaşlarını həddindən artıq ehtiyatlı olmağa, son günlər hücuma məruz qalan bölgələrə getməməyə, Livan hakimiyyətinin rəsmi mesajlarına və xəbərdarlıqlarına əməl etməyə çağırır. Mövcud vəziyyətlə əlaqədar yaranan problemlər zamanı Ermənistan Respublikasının vətəndaşları Ermənistan Respublikasının Livandakı səfirliyi ilə əlaqə saxlaya bilərlər".
Bəs niyə bu müraciəti gülməli hesab edirik?
Ona görə ki, Livan, əslində, ikinci Ermənistandır. Livan erməniləri ümumi əhalinin 4-5 faizini təşkil etsələr də, dünya erməniliyi baxımından ən təsirli, ən güclü toplumdurlar. Bir çox erməni terror təşkilatları məhz bu ölkədə təşəkkül tapıb. Hansılardır? ASALA, ESƏD və "Yeni erməni müqaviməti" terror hörgütləri burada qurulub, pisliyini buradan yayılıb.
Ermənistanın milli qəhrəmanı hesab olunan, Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən gəbərdilən Monte Melkonyan uzun müddət Livanda erməni birliklərinə rəhbərlik edib. Livanda hər il Ermənistan üçün ianələr toplanır. Livan erməniləri ölkəninin siyasi həyatındada mühüm yerə sahibdirlər. Daşnaksütun partiyası rəsmi olaraq parlamentdə hər seçkidə təmsil olunur. "Hnçak" və "Armenakan" partiyaları isə ictimai həyatda böyük təsirlərə malikdirlər.
Livan erməniləri o qədər aqressiv və qudurğandırlar ki, 2022-ci ilin sentyabrında Azərbaycanın Beyrutdakı səfirliyinə belə hücum etmişdilər.
Yəni belə bir ölkəyə "getməyin, oradan qaçın" demək elə Ermənistana getməyin, oradan qaçın deməyə bərabərdir. Hesab edirik ki, Ermənistan rəhbərliyi nökərçilik etdikləri Qərb paytaxtlarındakı atmosferə düşüb, belə bir paylaşım ediblər.
Musavat.com,
Siyasət şöbəsi
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ