Onlayn ictimai-siyasi qəzet
Ermənistan Hindistandan 78 ədəd ATAGS (Advanced Towed Artillery Gun System) artilleriya qurğusu almağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Indian Defence Research Wing (IDRW) məlumat yayıb.
Qeyd olunub ki, bu qərar əvvəlki 60 ədədin uğurlu sınaqlarından sonra qəbul edilib.
Nəşr yazır ki, altı haubitsadan ibarət ilk partiya müxtəlif şəraitlərdə, o cümlədən yüksək dağlıq və düzənliklərdə dəqiqlik və etibarlılıq nümayiş etdirib.
Yeni partiyanın erməni hərbçilərinin tələblərinə uyğunlaşdırılacağı və erməni dilində interfeys təmin ediləcəyi bildirilir.
Qeyd edək ki, ATAGS haubitsası 155 mm çaplı və 52 kalibrli bir artilleriya sistemidir. Atış məsafəsi 48 km-ə qədərdir və yüksək dəqiqliklə tanınır.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ