Onlayn ictimai-siyasi qəzet
“Ermənistan baş nazirinin müavini Mger Qriqoryan Tavuş vilayətinin ərazilərini “yedi”. Onun danışıqlarından sonra Kirantsadakı məktəb sərhəd məktəbinə çevrilib. Aydındır ki, o, Nikol Paşinyanın göstərişlərini yerinə yetirib, lakin hər halda cəllad funksiyasını yerinə yetirməyə razılaşıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli revanşist siyasətçi, “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyan tərəfindən yazılıb.
“Mger Qriqoryan Paşinyanın planlarının icraçısı, onun cəlladıdır. Sual yarana bilər: Paşinyan niyə onu seçdi və Qriqoryan niyə bu çirkin rola razı oldu? Sualın cavabını maliyyə müstəvisində axtarmaq lazımdır”, - deyə Tevanyan bildirib.
Erməni siyasətçi baş nazirin müavinin bank sektoru vasitəsilə varlandığını qeyd edib. Onun sözlərinə görə, Nikol Paşinyanın hakimiyyəti altında təkcə ilin birinci yarısında bank sektorunun mənfəəti 400 milyon dollardan çox olub. Mger Qriqoryanın isə bu məsələdə şəxsi marağı var. Onun rəsmi gəlir hesabatlarından bəlli olub ki, 2023-cü ildə, Qriqoryan, 500 min dollardan çox bank istiqrazları alıb. Qriqoryanın bank əmanətləri 525 min dollar və 40 milyon dram təşkil edib. Qriqoryanın həyat yoldaşının da ayrı-ayrılıqda 500 min dollar və 500 min avroluq bank əmanətləri var.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ