İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan baş nazirinin müavini vəzifəsindən azad edilib

Ermənistan baş nazirinin müavini Ambarsum Matevosyan vəzifəsindən azad edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan müvafiq sərəncam imzalayıb.

“Baş nazirin təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının maddəsinə, habelə “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna uyğun olaraq, Ambarsum Matevosyan baş nazirin müavini vəzifəsindən azad edilsin”, - sərəncamda deyilir.

Xatırladaq ki, daha əvvəl Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib, onun müavini Janna Andreasyan da Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR