İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan banklarının çoxu Rusiyanın “Mir” kartlarından imtina etdi

“Armenian Card” (ArCa) milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları martın 30-na keçən gecə Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı sistemin çağrı mərkəzində TASS müxbirinə təsdiqləyiblər.

“Bu gündən bizim sistemimizlə işləyən banklar “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. Lazım gələrsə, kartınızın qəbulunu dayandırmış konkret banklarla əlaqə saxlaya bilərsiniz”, - deyə ArCa mərkəzinin operatoru bildirib.

Ermənistan banklarının “Mir” kartını qəbul etməyi dayandırması faktını ondan istifadə edən İrəvan sakinləri də təsdiqləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR