Onlayn ictimai-siyasi qəzet
“Qarabağ xronikası” verilişinin 140-cı buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Azərbaycan-Ermənistan sərhədində sülh danışıqları gedən ərəfədə atəşkəsin pozulmasının səbəblərini araşdırmağa çalışıb.
O, Naxçıvanda törədilən təxribatları Ermənistan daxilində baş verən etiraz aksiyaları ilə əlaqələndirib. Jurnalist bildirib ki, Nikol Paşinyan hakimiyyəti bilərəkdən etiraz aksiyalarının qarşısını almır:
“Səbəb isə sadədir. Erməni ictimaiyyətində “demokrat” simasını qorumaq üçün. Bu baxımdan etirazlara rəhbərlik edən keşiş Baqrat Qalstanyan, onun siyasi kuratorları Robert Köçəryan və Serj Sarqsyan hələ də rahat şəkildə Ermənistanda hərəkət edirlər.
Qarşıdan yay gəlir. N.Paşinyan və onun komandası çox gözəl anlayırlar ki, gec-tez bu proseslər öz inersiyası ilə başa çatacaq və insanlar istirahətlərinə daha çox vaxt ayıracaq. Naxçıvan istiqamətində törədilən təxribatların səbəbi də məhz bu proseslərlə əlaqəli ola bilər. Gəlinən nəticə odur ki, şərti sərhəddə süni gərginlik insanların fikrini daxildə baş verən problemlərdən yayındırmaq və öz işləri ilə məşğul olmalarına hesablanan bir addımdır”.
“N.Paşinyan və onun komandası anlamalıdır ki, təxribatlar davam edərsə, Azərbaycan hər bir ssenariyə hazırdır. Adekvat cavab tədbirləri gələrsə, bu nəinki Ermənistan hakimiyyətinin, bütövlükdə Ermənistanın dövlətçiliyinin varlığını ciddi sual altına qoya bilər”, – o qeyd edib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ