İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycan arasında Qazax anlaşmasının DETALLARI- BUNDAN SONRA NƏLƏR OLACAQ?

Qazaxın 4 kəndinin geri qaytarılmasına dair razılıqdan sonra ortaya çıxan reallığın qiymətləndirilməsi haqında politoloq Əziz Əlibəyli analitik yazı yazıb.

Musavat.com həmin yazını təqdim edir:

“Dövlətlərarası delimitasiya komissiyasının bugünkü 8-ci iclası ilə 4 kəndimizin geri qaytarılmasına qərar verilib.

Qərarda istinad nöqtəsi isə 1991-ci ildə bağlanan Alma-Ata bəyənnaməsi əsas götürülür.

Lakin razılaşmada göstərilir ki, əgər gələcəkdə Ermənistan və Azərbaycan arasında Sülh Müqaviləsində Alma-Ata Bəyannaməsindən fərqli fundamental prinsip qeyd olunarsa, Sərhədin Demarkasiyası Qaydaları həmin prinsipə uyğun olacaq.

Deməli,  Azərbaycanın bəyan etdiyi əvvəlki illərə aid  xəritələr məsələsi gündəmə gələcək və sadəcə indilik sırf bu dörd kənd üçün Alma-Ata bəyannaməsi əsas götürülüb”.

eziz.jpg (102 KB)

Politoloq bildirib ki, başqa bir detala görə, iki tərəf arasında ən yüksək hüquqi sənəd Sülh müqaviləsi olacaq. Buna görə də müəyyən bir bazaya ehtiyac vardı ki, proses irəliləsin:

“Eksklavlar və anklavlar məsələsi ilə bağlı gələcəkdəki addımlar bugünkü kontekstdə davam etdirilib, müəyyən olunacaq.

Yəni Ermənistan sözügedən anlayışlarla bağlı dəqiq “komentariya” verə bilmir və ümid edir ki, gələcəkdə Gədəbəyin kəndi olan Başkəndin de -yure Ermənistan ərazisi olduğunu əsaslandırmağa çalışacaqlar.

Hazırkı razılaşmadan sonra bir sıra erməni kəndləri Azərbaycan hərbçilərinin nəzarəti sahəsinə düşəcək. Ermənistan deyir ki, bölgədə onların da sərhəd xidməti olacaq - amma öyrəşmək lazımdır.

Azərbaycan İNDİLİK 4 kənd əldə edir. Bəs Ermənistan nə qazanır?

Paşinyan hesab edir ki, təhlükəsizlik riski azalır. Ermənistan demarkasiya əldə edir və özünün hüquqi ərazilərini müəyyən edir.

Gözünüzün önündə İlham Əliyev 300 illik tarixi bitirdi, içərisində də üçəsrlik erməni kilsəsinin Dənizdən- Dənizə Böyük Ermənistan ideologiyasını...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR