İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin baxımsız vəziyyətdə saxladığı şir xilas edildi - VİDEO

Ermənilərin 6 il qəfəsdə baxımsız vəziyyətdə saxladığı Ruben adlı şir Cənubi Afrikaya göndərilib.

BAKU.WS bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, proses Böyük Britaniyada yerləşən "Animal Defenders International" təşkilatının köməkliyi ilə baş tutub. Şir Cənubi Afrikada şir və pələnglər üçün nəzərdə tutulan xüsusi qoruqda yaşayacaq.

Qeyd olunur ki, 15 yaşlı şir uzun illər ermənilərin nəzarəti altında olan Azərbaycan ərazisində olan zooparkda dünyaya gəlib.

Özəl zoopark erməni biznesmenlərdən birinə məxsus olub. Ruben bir müddət əvvəl xilas edilərək İrəvan yaxınlığındakı zooparka köçürülüb.

Amma indi - diplomatik danışıqlardan, çoxmillətli planlaşdırmadan və 22 saatlıq uçuşdan sonra o, Cənubi Afrikadakı vəhşi təbiət qoruğunda yeni həyata başlayır. 

Son 6 ili dar qəfəsdə tək keçirdikdən sonra nərilti çəkməyi unudan şir indi Afrika torpağında ilk addımlarını atıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR