Onlayn ictimai-siyasi qəzet
Bu gün bütün ermənilərin katolikosu II Karegin ilə Daşnaksütyun Bürosunun nümayəndəsi Akop Ter-Xaçaturyan arasında görüş keçirilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli Eçmiədzin kilsəsi tərəfindən məlumat yayılıb.
Verilən məlumata əsasən, həmin görüş zamanı həmsöhbətlər regional prosesləri, Ermənistanın üzləşdiyi problemləri və daxili siyasi vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, erməni kilsəsi və daşnaklar revanşist hərəkatın əsas gücləri sayılırlar. Karegin keşiş Baqratın yaratdığı hərəkatı açıq dəstək verəkdən çəkinmir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ