İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər qorxuya salan VİDEO- Bakı “Qisas-3” əməliyyatına hazırlaşır

Azərbaycan Dövlət Televiziyasının hazırladığı süjet erməniləri qorxuya salıb.

Musavat.com xəbər verir ki, ermənilər Azərbaycanın “Qisas-3” əməliyyatlarına başlayacağından qorxurlar.
Bu barədə erməni şərhçi Tatevik Hayrapetyan AzTv-nin sujetini əsas götürərək, “Bakı Qarabağda “Qisas-3” əməliyyatına hazırlaşır” iddiasını işlədib.

Təbii ki, əgər qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisindən çıxarılmazsa və ermənilərin təxribatları davam edərsə “Qisas-2” əməliyyatının davamı olacaq.

Hər şey ermənilərin özlərini necə aparmalarına bağlıdır. Azərbaycan hazırda sülh danışıqları aparır və sülhün tərəfindədir. Lakin ermənilərin təxribatları baş verdiyi təqdirdə bunun da layiqli cavabını verməkdən çəkinmirik.

@@TVmusavat/64444@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR