İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər panikada, sülhməramlılar müşahidədə: QHT aksiyasının sonu nə olacaq?

Azərbaycan cəmiyyətinin bütün təbəqələri Laçın dəhlizini bağlayaraq aksiya keçirilməsinə dəstək verir

Laçın dəhlizinin Şuşanın girişi ilə paralelləşən qismində Azərbaycan ekoloji fəallarının, QHT-lərin və jurnalistlərin keçirdikləri dinc aksiya davam edir. Bu aksiya ilə Azərbaycan, faktiki olaraq, "Laçın dəhlizi" adlanan yolun fəaliyyətini qapatmış durumdadır. Rusiya sülhməramlıları ilə qarşıdurmada keçən son 2 sutkada Azərbaycan tarixində ilk olan hadisələr yaşanmaqdadır.

Ölkəmizin QHT sektorunun vətənpərvər qismi, ekoloji fəallar böyük fədakarlıqlar edərək, ağır dağ şəraitində, soyuq havada Azərbaycanın haqlı tələblərini müdafiə etməkdə, dünyanın diqqətini Ermənistan və Rusiyanın imzalanmış sənədlərə sayğısız münasibətinə cəlb etməkdədirlər. 10 noyabr 2020-ci ildə imzalanmış üçlü bəyanatın və daha sonra razılaşdırılmış sənədlərin mahiyyətinə, tələblərinə bölgədə ancaq Azərbaycan əməl etməkdədir. Ermənistan, Qarabağda yuva salmış separatçı rejim və Rusiyanın sülhməramlı egidası altında fəaliyyət göstərən hərbi kontingenti bu anlaşmalara riayət etmir, Azərbaycan torpaqlarında dövlətimizin Anayasasını pozur, suveren haqlarımızın bərpasına imkan yaratmır. Azərbaycanın dəfələrlə ən müxtəlif platformalarda bu barədə məsələlər qaldırmasına, üstəlik, hərbi-siyasi xarakterli xəbərdarlıqlarına baxmayaraq, qarşı tərəf heç cür konstruktiv məcraya gəlmir. Üstəlik, Rusiyanın bölgəyə göndərdiyi milyarder Vardanyan erməni icmasını, silahlı quldurları radikallaşdırır, Rusiya sülhməramlılarının komandanı Volkovla bərabər ərazinin xarici şirkətlər tərəfindən qanunsuz istismarını təmin edir, ekoloji fəlakət yaratmaqla məşğul olurlar. Belə olan halda, Azərbaycan yeni bir metodla mübarizəyə başlayıb. Bu, demokratiya atributlarından olan vətəndaş cəmiyyəti təsisatlarının prosesə qatılması deməkdir. İndi 12 dekabrdan başlayaraq vüsət götürən və dünyanın diqqətini cəlb edən aksiya məhz dünya demokratiyasının görünən və real üzü sayılan QHT-lər, media mənsubları və digər ictimai fəalların ordu yerinə səhnəyə çıxdığını müşahidə etməkdəyik. Sülh naminə, ekoloji cəhətdən təmiz Qarabağ naminə, Azərbaycanın Konstitusiyasının, bayrağının və bütün suveren haqlarının bərpası naminə qışın bu çağında aksiya keçirdib, dünyanın diqqətini Qarabağa cəlb edən, ölkə insanına ilham verən, ermənilərin canına qorxu salan vətəndaş cəmiyyəti təmsilçilərinin hamısı qəhrəmandırlar. Onların bu aksiyasını Azərbaycan xalqı, cəmiyyətin bütün təbəqələri dəstəkləyirlər. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistan və Qarabağ separatçıları ümid edirlər ki, böyük dövlətlər Azərbaycan hakimiyyətinə təzyiq edəcək və yol açılacaq: “Ancaq yolun açılması üçün Rusiya hərbi kontingenti və erməni separatçıları yataqlarda monitorinqə şərait yaratmalıdırlar. Bu olmasa, etirazlar davam edəcək və aksiyaya qoşulanların sayı artacaq.

Rusiya hərbi kontingentinin rəhbəri Andrey Volkov Moskvadan təlimat gözləyir ki, yolda çadır quran  vətəndaş fəallarına qarşı hansı tədbirlər görsün və ya görməsin. Putin onu da anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirib. Rusiya hərbi kontingenti və erməni separatçılar üçün iki illik rahat həyat bitib, onlar bundan sonra yoldan istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar". 

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Rövşən Məhərrəmov 

Hərbi ekspert Rövşən Məhərrəmov isə bildirdi ki, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazi, həmçinin Azərbaycanın bir sıra QHT təmsilçilərinin məlum aksiyanı keçirdiyi nöqtə Azərbaycan ərazisidir. Bu aksiya tam qanunidir: “Heç bir qanunsuz tələb irəli sürülmür. Sülhməramlıların işi separatçıları dəstəkləmək olmamalıdır. Biz iki ildir ancaq onu görürük ki, sülhməramlılar səlahiyyətlərinə aid olmayan işlərlə məşğuldurlar. Azərbaycan bunu qəbul edə bilməzdi. Qarabağda ekoloji cinayətlərin həyata keçirilməsində də günahkar həm də sülhməramlılardır. Azərbaycan cəmiyyətinin səbr kasası tükənib. Ona görə də artıq vətəndaş cəmiyyəti ayağa qalxdı. Bu aksiya Rusiyaya, Ermənistana, eləcə də Xankəndidəki separatçılara xəbərdarlıqdır. Laçın yolu Azərbaycanın dünya tərəfindən tanınan ərazisidir. Sübut olundu ki, Azərbaycanın nəinki güc strukturları, hərbçiləri, hətta mülki vətəndaşları belə, istənilən an həmin yolu bağlamaq, həmin yolda qanun müstəvisində istənilən hərəkəti etmək hüququna və imkanına malikdir. Qarabağdakı ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bunun alternativi Azərbaycan ərazisini könüllü tərk etməkdir. Bu iki seçimdən birini etməkdən başqa yolları qalmır”. 

Siyasi şərhçi Əziz Əlibəyli isə bildirdi ki, prosesin nəticələri var və olacaq: “Nəticələrdən biri Araik Arutyunyanın "siyasi dəfni"  oldu. Bu proses Volkovun da karyerasını tabuta qoyur. Daha bir nəticə odur ki, Azərbaycan xalqının rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazimizə istənilən an yerləşə və özünü rahat hiss edə bildiyi ortaya çıxdı. Rus sülhməramlılara başa salındı ki, yad torpaqlardadırlar və müvəqqətidirlər. Başqa bir nəticə separatçıların, Qarabağdakı ermənilərin rus sülhməramlılara qarşı münasibətinin, nifrətinin formalaşmasıdır. Həmçinin Ermənistanın Qarabağdakı separatçılar üçün artıq heç nə edə bilməyəcəyi gerçəyi üzə çıxdı. Bu vəziyyət separatçılarla Paşinyan arasında münasibətləri gərginləşdirəcək. Keçirilən aksiyanın ilk təsiri isə o oldu ki, Vladimir Putin Prezident İlham Əliyevə zəng etdi. Bu prosesin əlavə nəticələri və təsirləri olacaq".

Ölkənin əksər siyasi partiyalarından da ilk gündən aksiyaya dəstək bəyanatları verildi. Siyasi partiyaların rəhbərləri aksiyaya qoşulmağa hazır olduqlarını  bəyan etdilər.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, QHT təmsilçilərinin Laçın yolunda təşkil etdikləri aksiya mühüm əhəmiyyətə malikdir. Onların əsas tələbi təbii sərvətlərimizin talanmasına son verilməsi və ekoloqların monitorinqinə şərait yaradılması olsa da, bu aksiya daha geniş spektrli məsələləri əhatə edir və çox şeyə aydınlıq gətirə bilər: “Etirazçıların əsas tələbi hələlik  yerinə yetirilməsə də, müəyyən nəticələr artıq var. KİV-də Ermənistanın baş nazirinin əmri ilə Qarabağ ərazisində qalan ağır hərbi texnikanın çıxardılacağı   barədə məlumatlar yayılır. Bu addımın Rusiya Prezidenti ilə telefon danışıqlarından sonra atılması da çox şeyi aydınlaşdırır. Məlumdur ki, bu gün Ermənistan rəhbərliyi Rusiyanın ətəyindən yapışaraq onun vasitəsilə öz məqsədlərinə nail olmaq istəyir. Hətta Soçi danışıqları ərəfəsində Paşinyan Putinə müraciət edərək, Rusiya rəhbərliyinin öz mövqeyində axıra qədər möhkəm dayanmasını xahiş etmişdi. Ancaq həmin danışıqlar onun ümidlərini doğrultmadı və Putin ermənilərin istəklərinin heç birini reallaşdıra bilmədi.

Ekoloqlarımızın bu etiraz tədbiri Rusiya üçün növbəti, bəlkə də həlledici sınaq olacaq. Rusiya rəhbərliyi ermənilərin ümid etdiyi kimi davranıb Azərbaycanı qarşısına almağa cəsarət edəcəkmi? Monitorinqə imkan verilməməsi, QHT nümayəndələrinə qarşı zorakılıq edilməsi və özlərinin bağladıqları yolu guya güc nümayiş etdirərək açmaq cəhdi Azərbaycan-Rusiya münasibətlərinin tamamilə pozulması olacaq. Bundan sonra Rusiya sülhməramlılarının regionda qalması da, Rusiyanın vasitəçilik istəkləri də, “müttəfiqliyimiz” də mümkünsüz olacaq. Təbii ki, bu, Rusiya-Türkiyə münasibətlərinə də öz ağır təsirini göstərəcək. Hər halda, ümid edirəm ki, onsuz da ağır vəziyyətdə olan Rusiya rəhbərliyi ağıllı adamlar kimi davranaraq daha düzgün yol seçməyə çalışacaq. Monitorinqə imkan verəcək, Ermənistan silahlılarının ərazimizdən çıxarılması və Qarabağ ermənilərinin silahlı dəstələrinin tərk-silah olunması istiqamətində real addımlar atacaq, “moskvalı provokator” Ruben Vardanyanı təcili Qarabağdan çıxaracaq və Azərbaycanın tələblərinin nəzərə alındığı sülh sazişi üzərində iş sürətlənəcək".

Akif Nağı Prezident Administrasiyasında Yeni Sabah

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, bu aksiyada iştirak edən hər kəs fədakarlıq göstərir: "Qarabağda tam qələbənin əldə olunması, Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərdə hakimiyyətimizin bərqərar olması, həmin ərazilərdə sərbəst hərəkətimizin təmin olması üçün bir neçə istiqamətdə mübarizə gedir. Onlardan biri də vətəndaş cəmiyyətlərinin cəbhəsidir. Bu təşəbbüs həmin istiqamətdə fəaliyyətin göstəricisidir. Rusiya Ermənistanla birlikdə göstərmək istədi ki, guya həmin ərazilərdə "erməni cəmiyyəti" var, onlar nəyə etiraz edirlər və onlarla hesablaşmalıyıq. Üstəlik,  oradakı saxta “rus icması”nı da işə saldılar, onların adından guya “təhlükəsizliklərinə təhdid” məsələsini gündəmə gətirdilər. Düşmənlərimizin bu yalançı iddialarına Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının haqlı mövqeyi ilə cavab verildi. Azərbaycan bu aksiya ilə hərb meydanında olduğu kimi, vətəndaş cəmiyyətləri cəbhəsində də üstün olduğunu göstərdi. Əminəm ki, bu aksiyaların ümumi işimizə ciddi köməyi olacaq".

Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Mexaniki olaraq səhv  yazmışam” - FOTO | KONKRET

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə bildirdi ki, sülhməramlılar və onların komandiri Volkov özünü Qarabağın sahibi və “böyük qardaş” kimi aparır: “Görünən budur ki, onlar separatçılara zəmin hazırlayır. Həm də general Volkov erməni əsilli rusiyalı milyarder, artıq separatçılığı üzərinə götürmüş Ruben Vardanyanla əlbirdir. Azərbaycan vətəndaş cəmiyyətinin keçirdiyi aksiya bütün bunlara bir cavab da sayılır. Laçın yolunu haqlı olaraq bağladılar. Laçın yolu humanist məqsədlər üçün nəzərdə tutulub, silah daşımaq, separatçıların sayını artırmaq və onlara qahmar çıxmaq üçün yox. Rusiya tərəfi bu razılığı pozduğu üçün Azərbaycan da razılaşmaya düzəliş tələb etməli və birtərəfli qaydada koridoru bağlamalı, o cümlədən bizim sərhədçilərin koridorda yerləşməsi və gömrük postunun qurulması tələbini qoymalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR