İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Naxçıvanı atəşə tutur - Bakı sakinlərindən MÜHARİBƏ anonsu: "Hazırıq"

Bu gün Naxçıvandakı mövqelərimiz yenə atəşə tutulub. Belə ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Sentyabra sayılı günlər qalıb. Ermənilər son dörd ildir ki, adətən bu ərəfədə təxribatlarını intensivləşdirirlər. Göründüyü kimi yenə də təxribatlarına davam edirlər.
Bəs ermənilərin bu təxribatı nəyə hesablanıb - müharibə hazırlığı, COP-29 ərəfəsində Azərbaycanın diqqətini yayındırmaq, yoxsa başqa məqsəddir?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR