İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər indi də internet hay-küyünə başladılar - sərsəm iddia

Erməni separatçıları son bir ay ərzində davam etdirdikləri, “blokada”, həmçinin qaz və elektrik enerjisi ilə bağlı hay-küy kampaniyasının ardınca indi də internetin kəsilməsi ətrafında şou qurublar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qarabağda günorta saatlarında kəsilən internet təchizatı hələ də bərpa olunmayıb. Bildirilir ki, buna mobil rabitə şəbəkəsində nasazlıqlar da əlavə olunub, bəzi abunəçilər Ermənistana zəng edə bilmirlər. Qarabağda qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” xəbər verir ki, bu, internet kabelinin zədələnməsi nəticəsində mobil şəbəkənin yüklənməsi ilə bağlıdır.

Bundan əvvəl Ermənistan Ombudsmanı Kristine Qriqoryan mikrobloqunda “kabelin zədələnməsinin qəsdən törədildiyini və 32 gündür azərbaycanlı ekoloqlar tərəfindən blokadaya alınmış Laçın dəhlizinin ərazisində qeydə alındığını” iddia edib. Göründüyü kimi, erməni həyasızlığı sərhəd tanımır…

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR