İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər dərsliklərdə Rusiyaya “işğalçı” yazdı

“Mövcud olmayan erməni dövlətçiliyini mahiyyət etibarilə ayağa qaldıran və yaradan Rusiya olub”

Ermənistanda anti-Rusiya ritorikası bu dəfə məktəb dərslərinə keçib.

Musavat.com xəbər verir ki, bu barədə “regnum.ru” yazır. Bildirilir ki, 8-ci sinif üçün ölkə tarixi üzrə yeni dərsliyə “Şərqi Ermənistanın Rusiya tərəfindən işğalı” haqqında mövzu əlavə edilib.

Ermənilər "işğal"ı 1826-1828-ci illər Rusiya- İran müharibəsinin nəticələrindən sonra baş verənləri hesab edir. Təəccüblü deyil ki, Moskva tarixin bu cür yozumundan qəzəblənib.

“Ermənistanı və erməniləri fars dünyasında parçalanmaqdan xilas edən də, sözün əsl mənasında mövcud olmayan erməni dövlətçiliyini mahiyyət etibarilə ayağa qaldıran və yaradan Rusiya olub. Amma indi belə çıxır ki, Rusiya işğalçı imiş... ” “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov belə deyib.

PRİMAKOV.jpg (711 KB)

Yeni dərslikdə yazılanlar Ermənistan tarixçilərinin də etirazına səbəb olub. “Belə çıxır ki, Rusiya işğalçı olub, ermənilər Farsın hakimiyyəti altında qayğısız yaşayıblar, lakin sonra vəhşi Rusiya gəlib Ermənistanı ilhaq edib”.

Tarixlə bağlı oxşar iddialar əvvəllər də Ermənistanda da olub. Hələ Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl ermənilərin guya həmişə etnik xalq kimi Rusiya tərəfindən sıxışdırıldığı iddia olunub. “Regnum” yazır ki, istər Rusiya imperiyası, istərsə də SSRİ dövründə etnik ermənilər dövlət idarə sistemində mühüm vəzifələr tutublar. Və heç vaxt, hətta iğtişaşlar və vətəndaş qarşıdurmaları dövründə də ermənilər özlərini “işğal edilmiş xalq” kimi hiss etməyiblər. “Ancaq problem ondadır ki, indi absurd görünən, uşaqlar üçün məktəb dərsliklərinə yazılanlar sabah onlara doğru görünəcək. Aydındır ki, cəmiyyətin əksər hissəsi belə bir dərsliyə mənfi münasibət bəsləyir, lakin biz başa düşməliyik ki, bu cür fikirlərin uzun müddət geniş kütlələrə çatdırılması ilə tarixin alternativ variantını yaratmaq olar. Və yeni nəsillər Ermənistanın tarixinə oxşar yanaşma ilə böyüyəcək”, - Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin (ACSSI) rəhbəri Hayk Xalatyan belə deyib.

Xalatyan ghesab edir ki, Paşinyan hökuməti Ermənistanda tarixi yenidən yazmağa çalışırlar: “ Dərsliklərdə dəyişikliklər təkcə Ermənistan-Rusiya münasibətlərinə və Ermənistanın Rusiya İmperiyası və Sovet İttifaqının tərkibində olan tarixinə deyil, həm də sırf erməni mövzularına aiddir. Hazırkı hakimiyyətin bu cür yanaşması Türkiyə ilə yaxınlaşmaya, Azərbaycanla isə sülh sazişinin imzalanmasına mane ola bilər . “Etiraf etməliyik ki, Rusiyanın siyasi vəziyyətə təsir etmək və ya digər ölkələrin tarixi gündəmini formalaşdırmaq üçün heç bir mexanizmləri yoxdur. Birləşmiş Ştatlar onları açıq şəkildə tətbiq edir - onlar medianın, siyasi partiyaların, müxtəlif hərəkatların və təşkilatların maliyyələşdirilməsi üçün böyük proqramlar həyata keçirirlər”, - ekspert deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR