İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər bu vaxtadək evlərinə qayıtmasa... - Bakının şərtləri...

1990-cı ilə qədər Qarabağda yaşamış ermənilərin geri qayıtmasından söhbət gedə bilər

Xankəndidə 50-60 nəfər erməni qalıb, onlar da gedəcək. Gedənlər də geri qayıtmayacaq. Bu sözləri Bakıpost.az-a millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, antiterror əməliyyatından sonra Xankəndini tərk edən ermənilərin böyük əksəriyyəti yerli vətəndaş olmayıb: “Onların çoxu Suriyadan, Ermənistandan köçürülənlər idi. Bundan əlavə, orada vaxtilə yaşamış ermənilərin də ora gəlməsi mümkün deyil. Çünki onların çoxu cinayət edib. Əli cinayətə bulaşıb. Onlar qanun qarşısında cavab verməkdən qorxduqları üçün Xankəndinə qayıtmayacaqlar”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl da bu mövzuda geniş məqalə yazıb . “Onların geri dönməsi bizim üçün heç bir təhlükə yaratmır. Düşmən çalışacaq ki, geri qayıtmamaqla özlərini "etnik təmizləməyə məruz qalan əzabkeş toplum" kimi dünyaya sırısın və hansısa divident qazansın. Məsələn, geri dönməyən erməni hansısa kompensasiya tələbi ilə dünya məhkəməsinə müraciət etsin. Azərbaycan bu məsələdə beynəlxalq hüququn tələblərinə əsaslanmalı və Qarabağ iqtisadi zonasını tərk etmiş ermənilərin geri dönməsi üçün konkret vaxt müəyyən etməlidir. Vaxt maksimum altı aydan çox olmamalıdır. Bu müddət ərzində yalnız valideynləri və özləri Qarabağda anadan olub yaşayanlar geri qayıdıb Azərbaycanda yaşamaqları haqqında və malik olduqları qanuni əmlakları üzərində qərar verə bilərlər. Gəlmədikləri halda Azərbaycan dövləti həmin əmlakı milliləşdirəcəyini bildirməli, bu barədə BMT və digər müvafiq orqanlara, təşkilatlara, beynəlxalq məhkəmə instansiyalarına qərarını çatdırmalıdır. Verilən müddət bitdikdən sonra edilən müraciətlər qəbul olunmayacaq! Əks halda, illərlə ermənilərin kompensasiya davaları ilə üzləşə bilərik", - deyə məqalədə bildiriir.

Zahid Oruc: Keçmiş Baş porkuror və hərbi prokuror xalqdan üzr istəməlidir

Zahid Oruc

Milli Məclisin komitə sədri Zahid Oruc bildirib ki, Azərbaycan xalqının ermənilərlə reinteqrasiyaya, birgəyaşayışa hazır olduğunu Azərbaycanın dövlət başçısı dəfələrlə bəyan edib. Bunun üçün şərtlər bəllidir - ermənilər Azərbaycan Konstitusiyasını tanımalıdırlar: “Hazırkı reallıqda 10 noyabr bəyannaməsində Xankəndi və digər ərazilərə məcburi köçkünlərin qayıtması müddəası var. Ermənilər bu müddəadan bəhrələnə bilərlər, lakin müəyyən şərtlər altında. Hesab edirəm ki, siyasi institutlarımız, dövlət orqanları gedən şəxslərin statusunu təxliyə olunmuş insanlar kimi dəyərləndirsə, daha doğrudur. Bu, həm hüquqi cəhətdən sipərdir, həm də Azərbaycanın mövqeyini daha düzgün təqdim etməyə imkan verir, o cümlədən xarici təhdid və təzyiqlərdən qorunmaq üçün ən uyğun zirehdir. Digər tərəfdən, ermənilərlə münasibətə zəmin yaradır. 100 il öncə ermənilər Türkiyəni məlum səbəblərdən tərk etdikdə aqressivləşdilər, 5 nəsildir ki, patoloji düşmənçiliyi davam etdirirlər. Azərbaycandan isə nifrətlə getməyiblər. Onların mütləq əksəriyyəti yerli hakimiyyət qüvvələrinə, Ermənistanın hakimiyyət orqanlarına nifrət edirlər. Hətta Paşinyan da açıqlama verdi ki, Qarabağda yaşayan mülki ermənilərə ziyan dəyməyib. Qarabağı tərk edən ermənilər qərbi azərbaycanlılar, qarabağlı məcburi köçkünlər kimi faciəli köç yaşamayıblar. İndiki halda onların üzərindən müxtəlif kampaniyalar aparan və bizə qarşı çevirməyə çalışan insanlara görə müxtəlif süni səhnələr düzəldə bilərlər. Ona görə də Azərbaycanın bu məsələdə hüquqi mövqeyi dəqiq, aydın və hərtərəfli olmalıdır”.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

 Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə “Yeni Müsavat”a bildirdi ki, ermənilər Qarabağdan özləri köçdülər, Azərbaycanın bütün çağırışlarına baxmayaraq ermənilər Ermənistana getməyi özləri üçün məqbul saydılar. Onların məqsədi kütləvi köçürüldükləri təbliğatını dünyada aparıb Azərbaycanı hədəfə gətirməkdir: “Ermənilər köçməklə Azərbaycana qarşı ilk gündəcə təxribat planlaşdırmışdılar. Ermənistan hakimiyyəti ermənilərə təlimat vermişdi ki, kütləvi şəkildə Qarabağı tərk etsinlər. Bununla Ermənistan Azərbaycanı etnik təmizləmə həyata keçirən dövlət kimi hədəfə çıxarmaq istəyirdi. Ermənilərin bu şəkildə məhz Ermənistanın təlimatı ilə çıxması hiylə idi. Könüllü şəkildə köçmüş ermənilərə mülkləri ilə bağlı sənədlər veriblər və həmin sənədlər vasitəsilə növbəti günlərdə Azərbaycandan məhkəmələrə şikayətlər göndərməyə hazırlaşırlar. Avropa Məhkəməsinə ermənilərin kütləvi müraciətlər ünvanlamasına çalışırlar. Bu məsələ Azərbaycan dövlətinin diqqətindədir və Azərbaycan dövləti hansı addımlar atılmalıdır, hansı addımlar planlaşdırılmalıdır bilir. Bizim bununıa bağlı hədəf və planlarımız var. Bu istiqamətdə işlər həyata keçiriləcək. Dövlət bütün lazımi addımları atır və atacaq. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin geri qayıtmasına konkret vaxt qoyulması nəzərdən keçirilə bilər. Yəni bu məsələ dövlətin nəzarətindədir. Amma burada söhbət bundan gedir ki, Ermənistanın özünün çox çirkin məqsədləri var və həmin məqsədləri həyata keçirməyə çalışacaq. Biz isə əlimizdə olan sənədlərə əsasən addımlarımızı atacağıq”.  

Türkiyədə keçiriləcək prezident seçkiləri Türk dünyası üçün böyük önəm  daşıyır” - Arzuxan Əlizadə - Mediapost.az - Azərbaycan Xəbərləri

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Qarabağı könüllü tərk eləmiş ermənilərin çox az bir qisminin geriyə dönə biləcəyi istisna edilmir. Amma böyük əksəriyyət qayıtmayacaq. Eyni zamanda geri qayıtmayan ermənilərin Azərbaycana qarşı təzminat davası açacaqları da bəllidir: "Təəssüflər olsun ki, ermənilər bir çox məsələlərdə haqsız olduqları halda daha tez addım atırlar. İstər beynəlxalq məhkəmələrə müraciət etmək baxımından, istər beynəlxalq ictimaiyyətin diqqətinə öz yalanlarını çatdırmaq baxımından bir çox məsələlərdə bizi üstələyirlər. Buna yol verməmək üçün təbii ki, qarşılıq olaraq addımlar atmalıyıq və bu addımlar çox sürətli olmalıdır. Birincisi, 1988-1990-cı ilə qədər Azərbaycan vətəndaşı olmuş Qarabağda yaşamış ermənilərin geri qayıtmalarından söhbət gedə bilər. 1990-cı ildən sonrakı dövrdə Qarabağda hansısa ölkələrdən gəlib məskunlaşmış ermənilərin geri qayıtmasından söhbət gedə bilməz. Həmin ermənilərin hüquqi davası əsassızdır və onların mülk, əmlak davası açmaq məsələləri hüquqi baxımdan ciddi şübhə altına alınmalıdır. Çünki onlar Azərbaycan ərazisində qanunsuz olaraq məskunlaşıblar və qanunsuz olaraq mülklərə sahibləniblər. Əslində həmin ermənilər Azərbaycan qanunvericiliyinə görə cinayətə yol veriblər.

Təkcə elə Xankəndidə 1990-cı ilə qədər 14400 nəfər azərbaycanlı yaşayıb. Bu, rəsmi sənədlərdə əksini tapır. Həmin azərbaycanlıları separatçı ermənilər zorla çıxarıblar və əmlaklarını zəbt ediblər. Xankəndidə olan mənzillərin bir çoxu işğal dövründə ermənilərin mülkiyyətinə saxta yollarla keçirilib. Azərbaycan bu məsələ ilə bağlı invertarlaşma aparmalıdır, qarşılıqlı iddialar qaldırılmalıdır. Eyni zamanda da Xankəndidən kənar yaşayış yerlərində on minlərlə azərbaycanlının əmlakları ermənilər tərəfindən dağıdılıb, zəbt edilib. Bunlarla bağlı da Azərbaycan təzminat davası açmalıdır.

Ermənilərə kefləri istəyən vaxtda qayıtmaq imkanı yaratmaq olmaz. Ermənilərə konkret vaxt qoyulmalıdır ki, həmin vaxta qədər geri qayıtsınlar. Rəsmiləşdirilməlidir ki, yalnız 1990-cı ilə qədər Qarabağda yaşamış ermənilərin geri qayıtmasından söhbət gedə bilər. O da həmin şəxslər Azərbaycan pasportunu qəbul etdikləri halda mümkün ola bilər. Bu məsələlər beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi əsasında tənzimlənə bilər". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR