İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni türkoloq: Bakı və Ankaranın Ermənistana baxışı ortaqdır

“Düzünü desəm, bu görüşdən heç bir xüsusi nəticə gözləmirəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni türkoloq Ruben Safrastyan dünən Ərdoğan-Paşinyan görüşünə şərh verərkən bu cümləni işlədib.

“Mənə elə gəlir ki, bu görüşün nəticəsi olaraq heç bir sıçrayışlı qərarlar qəbul edilməyəcək. Bu görüşü Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqlar prosesinin bir hissəsi kimi xarakterizə etmək olar. Ona görə də mən bu görüşdə fövqəltəbii və ya qeyri-adi heç nə görmürəm və artıq dediyim kimi, heç bir xüsusi nəticə gözləmirəm”,-deyə Safrastyan qeyd edib.

Erməni ekspertin fikrincə, Ankara regiondakı vəziyyətə daha çox öz strategiyası baxımından baxır. Ankara üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının mümkün qədər tez baş verməsi vacibdir. Bu Ermənistanın Azərbaycanla müharibədə məğlubiyyətindən sonra regionda yaranmış yeni vəziyyəti mümkün qədər tez rəsmiləşdirməsi baxımından əhəmiyyətlidir.

Türkiyənin Azərbaycan və Ermənistanla bağlı mövqeyinə gəlincə, hesab edirəm ki, bu, açıq şəkildə ifadə olunub. Və ən yüksək səviyyədə. Bunu belə xarakterizə etmək olar: Türkiyə Ermənistanla münasibətlərdə Azərbaycan üçün faydalı olacaq hər şeyi qəbul etməyə hazırdır. Azərbaycan sazişin imzalanması üçün nəyi tələb edirsə və bu, Azərbaycana faydalıdırsa, Türkiyə buna hər cür dəstək verəcək”,-deyə Safrastyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR