İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni spiker: Qoşunların çəkilməsi məsələsi müzakirə edilməyib

Azərbaycan və Ermənistan arasında qoşunlaırn qarşılıqlı olaraq təmas xəttindən geri çəkməklə bağlı qəti razılıq yoxdur. Bununla bağlı ümumi prinsiplər müzakirə olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Onun sözlərinə görə, Azərbaycan sərhəd təhlükəsizliyi komissiyalarının əsasnaməsini ratifikasiya etməsə, o zaman İrəvanın həyata keçirdiyi prosesin heç bir hüquqi qüvvəsi olmayacaq. Simonyan Bakının reqlamenti ratifikasiya etməyəcəyindən narahat olduğunu bildirib.

“Sonda bütün məqamları razılaşdırdıq, yəni onlarla müzakirələr apardıq. Hüquqi nöqteyi-nəzərdən heç bir risk yoxdur, çünki biz mübadilə etməyənə qədər sənəd hüquqi qüvvəyə malik olmayacaq”, - deyə Ermənistan parlamentinin spikeri qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR