İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni siyasətçidən iddia: "Azərbaycan Göyçə gölünün sahilini tutmaq istəyir"

"Azərbaycanın məqsədi bəllidir – Göyçə gölünün sahillərini tutmaq. Azərbaycan tərəfi bunu gizlətmir və bu istiqamətdə əməli addımlar atır".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir iddia Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan tərəfindən səsələnib.

Onun sözlərinə görə, hazırkı iqtidarın mövqeyi nəzərə alınsa, Azərbaycan tərəfinin bu cür planları müvəffəqiyyətlə həyata keçirilə bilər, çünki vəziyyətə yerlərdə hakim olan qüvvələr nəzarət edir. “Savaşı və bizə qarşı hücumları yerdə mövqe tutanlar dayandıra bilər. Biz təhlükəsizliyimizin yeganə təminatçısı olan Rusiyanı ələ salmağa davam etsək, hazırkı situasiya dəyişməyəcək”, – deyə Sarkisyan bildirib.

“Xarici siyasət kursunu dəyişmək məqsədi və istəyi varsa, əvvəlcədən alternativlər formalaşdırmaq lazım idi. Hazırkı anda Türkiyə yeganə alternativ olaraq ortada dayanıb”, - deyə erməni müxalifətçi bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR