Onlayn ictimai-siyasi qəzet
“AŞPA utanmazlıq üzrə beynəlxalq çempionatda liderlər sırasındadır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu iyunun 28-də keçirilən məhkəmə iclasında Ermənistan Respublika Partiyasının sədr müavini, keçmiş təhsil naziri Armen Aşotyan deyib.
“Bir vaxtlar bu, dəyərlər platforması idi, indi isə siyasi maraqlar platformasıdır. Bir vaxtlar orada Ermənistan hakimiyyəti Azərbaycana qarşı döyüşüb və bugünkü hakimiyyət isə öz xalqını məğlub etməyə çalışır”, - deyə Aşotyan söyləyib.
Ermənistanın Aİ-yə daxil olması və mümkün referendumdan danışan erməni müxalifətçi bunları söyləyib: “Andromeda bürcünə qoşulmaq üçün referendum keçirmək daha məqsədəuyğun olardı, çünki bu, daha realdır. Avropa Birliyində geosiyasi dilənçilərə yer yoxdur”.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ