Onlayn ictimai-siyasi qəzet
“Qarabağda yanacaqdoldurma məntəqəsində baş verən dəhşətli partlayış cinayətkar səhlənkarlığın nəticəsidir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Qarabağdakı separatçıların “prezident müşaviri” David Babayan deyib.
O, baş verən hadisədə diversiya ehtimalının sıfıra bərabər olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 25-i axşam saatlarında Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində benzin olan çənin partlaması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 290 nəfər xəstəxanalara çatdırılıb. Yerli qaynaqlardan gələn xəbərlərə görə, 13 cəsədin şəxsiyyəti hələlik müəyyən edilməyib. Xəstəxanalarda 7 xəstə ölüb. Çox sayda insan itkin düşüb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ