İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist: “Qarabağ məsələsi Paşinyan üçün önəm daşımır”

“Qarabağın blokadaya alındığı bu günlərdə Ermənistan hakimiyyəti ölkənin hava məkanını qəpik-quruşlar müqabilində Azərbaycanın Naxçıvanla hava yolunu açıq saxlayır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın eyni adlı müxalif blokunun deputatı Geqam Manukyan yazıb.

“Milad bayramı günü Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə tərəfdən guya müsbət addım atdığını açıqladı. Rəsmi İrəvanın müəyyən ümidləri var ki, razılaşmaların qalan hissəsi də yerinə yetiriləcək. Qalanı da qeyri-müəyyəndir, amma dərinlikdə Sünikə təcavüz etmiş üçüncü ölkə vətəndaşları üçün Türkiyə- Ermənistan sərhədinin açılması vədi var”,-deyə revanşist siyasətçi bildirib.

Manukyanın fikrincə, Qarabağ məsələsi Ermənistan hakimiyyəti üçün artıq önəm daşımır. Onlar üçün bir neçə oliqarxın pulu və kommersiya iştahı önəmlidir”, - deyə deputat yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR