İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist keçmiş nazirdən müharibə çağırışı: “Qarabağı təslim etmək olmaz”  

 

“Qarabağın təslim olması ermənilərin dinc həyatı üçün təminat ola bilməz, Qarabağın itirilməsi ermənilər üçün yeni faciənin başlanğıcı olacaq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş hakim Respublika Partiyasının üzvü, Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın indiki hakimiyyətinin siyasi hesablaması yanlışdır. “Bu gün, belə bir siyasi xəttin aparılması sadəcə olaraq əxlaqsızlıqdır... Nikolun (Paşinyan) sui-qəsd əməlləri beynəlxalq ictimaiyyətə insanların ölümlərini səssizcə müşahidə etmək və bu barədə düşünmək hüququ vermir. Qarabağ məsələsi sadəcə Paşinyanın Azərbaycanın bir hissəsi kimi tanınması əsasında həll oluna bilməz. Xeyr, erməni xalqı Qarabağı Azərbaycanın bir hissəsi hesab etmir”, - deyə Zakaryan bildirib.

Keçmiş nazir müavininə görə, Paşinyanın Qarabağı təslim etmək hüququ yoxdur, çünki o, onun “müstəqilliyi” (işğalı-red.) uğrunda mübarizə aparmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR