İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist iranşünas: “Yeganə çıxış yolu müharibədir”

İrəvan Dövlət Universitetinin (İDU) Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan hazırkı situasiyada savaşın qaçılmaz olduğunu bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesabında status yazıb.

“Bir millət və dövlət olaraq bizim illüziyalarımızdan biri də Azərbaycanla müharibədən qaçmağın mümkün olması idi və bu hiss qismən də olsa qalır. Təbii ki, bundan qaçmaq olar, ancaq bir halda - düşmənin mərhəmətinə ümid bəsləmək, əslində isə bütün millət olaraq edam kürsüsünə doğru getməkdir.

Ona görə də çıxış yolu birdir – bu da qaçılmaz müharibədə hər zaman hazır olmaqdan keçir. Bu kontekstdə müharibənin qarşısını almaq və ya dayandırmaq mümkün deyil”, - deyə Vardan Voskanyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR