İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə şagirdlərə naməlum yazıları yazdıranlar kimlərdir? - VİDEO

Məktəbdə şagirdlərə üzərində naməlum yazılar olan kağız və nömrə paylanılıb.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bu barədə iddialar həmin məktəbin 5-ci sinfində təhsil alan uşağın valideyni tərəfindən paylaşılıb. Bildirilib ki, qızına və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq naməlum vərəq veriblər. Vərəqin bir üzündə mobil nömrə, digər üzündə isə bir oyunun loqosu əks olunub və rusca "mənə yaz" sözləri qeyd edilib.

Sözügedən məsələ ilə bağlı paylaşım edən valideyn Nurlan Mirəli "XəzərXəbər"ə açıqlamasında bildirib ki, həmin uşaqlar bunu sosial şəbəkələr vasitəsilə öyrənib və uşaqlara paylayıblar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb.

Elşad Hacıyev həmçinin valideynlərə ciddi xəbərdarlıq edib.

Daha ətraflı videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR