İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist ekspert: "İrəvan Qarabağ ermənilərinin “müstəqilliyini” tanımalı və səfərbərlik elan etməlidir"


Yaranmış vəziyyətdə ilk növbədə qondarma qurumun (mətndə qondarma və uydurma bir ad göstərilib-red.) “müstəqilliyini” tanımaq və səfərbərlik elan etmək lazımdır.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu sentyabrın 19-da Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası zamanı hərbi ekspert Karen Vrtanesyan deyib.

"Qarabağda Rusiya sülhməramlıları var, onların sayı müqavimət üçün yetərli deyil, amma bu amil Moskvaya Bakıya tam siyasi təzyiq göstərmək üçün rıçaqlar verir. Paşinyan Moskvaya uçsun və bunu tələb etsin", – deyə o vurğulayıb.

Vrtanesyanın sözlərinə görə, iqtidar seçkilərlə məşğul olmaq əvəzinə Qarabağdakı ermənilərin problemləri ilə məşğul olmalı idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR