İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist deputat: Azərbaycan Ararat Mirzoyanın Ağrıdağ Mirzoyan olmasını tələb edə bilər  

Azərbaycan sülh müqaviləsinin mövcud bəndləri ilə məhdudlaşmayacaq, onların sayını daim artıracaq və yeni ilkin şərtlər irəli sürəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin eyni adlı müxalifət blokunun deputatı Artur Xaçatryan deyib.

“Mən əvvəlcə bildirmişdim ki, Azərbaycan sülh müqaviləsinin 16 bəndlə məhdudlaşmayacaq. Və bu gün biz 17 bənddən danışırıq. Amma Bakı bununla da dayanmayacaq, mən əminəm ki, sabah 18, sonra 19 və s. Və tələblər çox fərqli ola bilər. Məsələn, Ararat Mirzoyanın adının Ağrıdağ olmasını, Yerablurun bağlanmasını, Vazgen Sarkisyan küçəsinin adının dəyişdirilməsini, Hərbi Akademiyanın bağlanmasını, Ermənistanın 5 minlik və daha çox olmayan ordusunun olmasını tələb edə bilərlər”,-deyə revanşist siyasətçi bildirib.

Sadə dillə desək, Ermənistan hakimiyyətinin güzəştə getməyə sonsuz hazırlığını görən Ankara və Bakı Ermənistanla barışıq prosesini imitasiya edir, daha da çox şey qoparmaq niyyətindədirlər”, - deyə Xaçatryan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR