İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni “qanuni oğru” Arsen Yerevanski saxlanılıb

Erməni əsilli “qanuni oğru” Arsen Yerevanski (Arsen Mkrtçyan) saxlanılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli mətbuata müsahibəsində Mkrtçyanın vəkili Varduhi Elbakyan deyib.

“Rusiyada başlanmış cinayət işi üzrə axtarış elan edilib. O, ekstradisiya üçün saxlanılıb. Mkrtçyan Ermənistan vətəndaşıdır və ona həbslə bir araya sığmayan üç xəstəlik diaqnozu qoyulub. Biz həmin səbəblərə görə qərardan apellyasiya şikayəti verdik”, - deyə vəkil bildirib.

Mkrtçyanın 1999-cu ildən cinayət iyerarxiyasında yüksək mövqe tutduğu deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR