İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqdan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

Azərbaycan tərəfinin sülh müqaviləsi layihəsindən kommunikasiyaların açılması məsələsinin çıxarılması ilə bağlı bəyanatları heç də Sünikdən keçən dəhliz məsələsinin bağlanmasını nəzərdə tutmur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Tiqran Qriqoryan deyib.

“Müəyyən məsələlərin sülh müqaviləsinin gündəliyindən çıxarılması ilə bağlı danışıqlar ötən ilin sonunda başlayıb. Birinci mərhələdə bu, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə aid idi. Noyabr-dekabr aylarında rabitə məsələsinin də gündəmdən çıxarılmasını deməyə başladılar. Hətta bəzi iqtidaryönlü (Paşinyanın partiyası-red.) deputatlar bildirdilər ki, sülh müqaviləsinin mətnində kommunikasiyalar və ya “Zəngəzur” dəhlizi adlanan yerdən söhbət getmədiyi üçün bu məsələ qapalı sayıla bilər.

Amma reallıqda bu, mövzunun qapalı olması demək deyil, bu o deməkdir ki, Azərbaycan bütövlükdə sülh müqaviləsinin özünə lazım olan variantına nail olub. Azərbaycan Qarabağı tam nəzarəti altında aldıqdan sonra sənəd layihəsindən bütün konkret məsələlərin çıxarılmasını qarşısına məqsəd qoyub. Bir çoxları isə bu prosesin mahiyyətini anlamayaraq, bunu Azərbaycan tərəfinin güzəşti hesab edir. İndi reallıqda sülh müqaviləsi imzalansa belə, bu sənədlə heç bir konkret məsələ həll olunmayacaq. Yəni bizim prinsiplərlə bağlı siyasi sənədimiz olacaq, amma sərhədlərdə vəziyyət olduğu kimi qalacaq, kommunikasiyaların blokunun açılması məsələsi həll olunmamış qalacaq. Yəni, nəticədə mənfi sülh alacağıq. Bu, ən yaxşı halda, müharibənin olmaması deməkdir, lakin müharibəni istisna edən heç bir təminat olmayacaq, çünki həll olunmamış məsələlərdən həmişə sərhəddə gərginlik yaratmaq və yeni eskalasiya üçün səbəb kimi istifadə edilə bilər”, - deyə erməni ekspert bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR