Onlayn ictimai-siyasi qəzet
“Sülhün kəsişməsi” layihəsinin həyata keçiriləcəyi təqdirdə Gümrü quru limanından istifadə oluna bilər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yanvarın 13-də Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib. Onun qiymətləndirməsinə görə, bu halda liman ciddi regional mərkəzə çevriləcək.
“Bu, Şimal-Cənub dəhlizinin tikintisinin başa çatdırılmasını və dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsini nəzərdə tutur”, - deyə Papoyan qeyd edib.
Papoyanın bəhs etdiyi “şimal-cənub” dəhlizi vasitəsilə İrandan keçən yollar nəzərdə tutur.
Musavat.com
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ