Onlayn ictimai-siyasi qəzet
"Rusiyalı turistlərin Ermənistana marağı azalıb, bununla belə ölkə Gürcüstan, Çin, Hindistan və İran kimi ölkələrdən turistləri cəlb etməyə davam edir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu məlumat yerli parlamentdə ilkin büdcə müzakirələri zamanı Ermənistan maliyyə naziri Vahe Ovanisyanın dilindən səslənib.
Onun sözlərinə görə, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən turizm sahəsində azalma qeydə alınıb.
Cari ilin ilk üç rübündə Ermənistana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azalıb. Belə bir göstərici Rusiyadan gələn turistlərin sayının 21,6% azalması ilə bağlıdır. Digər ölkələrdən gələn turistlərin sayı isə əksinə 8,4% artıb. Bu artımı əsasən Gürcüstan, Çin, Hindistan və İrandan gələn turistlər təmin edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ