İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazirdən etiraf: Avrasiya Birliyindən çıxmaq riskdir

 

Hazırda Avrasiya İqtisadi Birliyindən çıxmaq barədə qərar yoxdur, belə bir qərarın nə vaxt veriləcəyini deyə bilmərəm.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vahe Ohanesyan jurnalistlərə bildirib.

Erməni nazirin sözlərinə görə, onlar bütün riskləri qiymətləndirib hesablayırlar.

Avrasiya İqtisadi Bilriyindən çıxılması halında, nə baş verəcəyi ilə bağlı suala Oqanesyan belə cavab verib: “Biz müxtəlif ssenariləri və məsələləri müzakirə edirik. Təcrübəmizdə biz müxtəlif risk növlərini qiymətləndiririk, lakin bu barədə danışmaq mənasız və yersizdir. Bəli, AİB-dən çıxanda risklər olacaq. Bu, göz qabağındadır, çünki bizim ixracımız AİB-yə gedir", - deyə o vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR