İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazir: "Spikerlə bağlı insident dərin problemlərdən xəbər verir"

“Ermənistan parlamentinin spikeri Alen Simonyanla bağlı insident (Alen Simonyanın bir ictimai fəalı mühafizəçilərin zorakılğı ilə tutub üzünə tüpürməsi hadisəsi nəzərdə tutulur-red.) dərin problemlərdən xəbər verir və burada iş görülməlidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə aprelin 6-da jurnalistlərə söhbətində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib.

Onun sözlərinə görə, belə hadisələr heç bir ölkəyə şərəf gətirmir. Andreasyan belə hadisələrin təkrarlanmaması üçün hər şeyin edilməsinin vacibliyini qeyd edib. “Burada mən təhsil, mədəniyyətin, elmin və idmanın roluna diqqət çəkmək istəyirəm. Bu kimi hadisələr Ermənistanın sosial həmrəylik baxımından çoxsaylı problemlərini ortaya qoyur. Hər kəs tolerantlıq nümayiş etdirməlidir”, - deyə nazir bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR