İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazir istefası ilə bağlı yayılan xəbərləri təkzib etdi

Mənim istefamla bağlı məsələ müzakirə olunmayıb və hesab edirəm ki, belə bir məsələyə münasibət bildirməyin mənası yoxdur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün, dekabrın 21-də Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan hökumətin iclasından sonra jurnalistlərlə söhbətində deyib.

Qeyd edək ki, yerli media baş nazir Nikol Paşinyanınonun işindən narazı olması ilə bağlı xəbərlər yayamağa başlayıb.
Robert Xaçatryanın adı son vaxtar həm də Rusiya telekanallarının Ermənistan ərazisində fəaliyyətinin yasaqlanması ilə bağlı gündəmə gəlib.

Bu günlərdə Ermənistanın Teleradio Yayımları Komissiyasının qərarına əasən “Sputnik Ermənistan” radiosunun təkrar yayımını həyata keçirən “Tospa” şirkətinin fəaliyyəti 30 gün müddətinə dayandırılıb.

Rusiya tərəfinin artıq bununla bağlı kifayət qədər sərt nota göndərib. Həmin məsələ barədə danışan erməni nazir, "Bu barədə şərh verə bilmərəm, çünki qərarı biz verməmişik" cümləsini işlədib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR