İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalif deputat: Gəlin, Nikol Paşinyanın özünü Azərbaycana güzəşt edək

 

Ermənistan tərəfinin bəlkə də baş nazir Nikol Paşinyandan başqa Azərbaycana güzəştə gedəcək heç nəyi qalmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Ermənistan” müxalifət blokunun fraksiyasının deputatı Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, tərəflərdən “ağrılı güzəşt tələb edən” ABŞ, əslində, Ermənistandan ağrılı kompromislər gözləyir . Bu, xüsusilə “Zəngəzur dəhlizi”nə aiddir. “Azərbaycan bu yolu açmaqda israrlıdır, lakin Nikol Paşinyan Bakının tələb etdiyi 47 km-lik dəhlizlə bağlı “sülh kəsişməsi”ndən dəm vurur”, - deyə Xaçatryan qeyd edib.

Xaatryanın fikrincə, amerikalılar Azərbaycandan güzəşt gözləmir, çünki son 4 ildə yalnız İrəvan birtərəfli güzəştlər yolu ilə gedib. “Bu hakimiyyət Qarabağı verdi, əraziləri verdi, indi Konstitusiyanın dəyişdirilməsi tələbini yerinə yetirmək üçün bəhanələr uydurur, hətta məktəb dərsliklərini də dəyişdilər. Daha nəyi qəbul edə bilərlər?”, – deyə o bildirib

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR