İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediası XİN-in yalanını ortaya çıxarıb

Ermənistan mediası ölkənin Xarici İşlər Nazirliyinin yalanını üzə çıxarıb. Musavat.com bildirir ki, bu barədə yerli mətbuata Ermənistan parlamentinin sədri Alen Simonyanın Ankaraya səfəri zamanı Türkiyə Xarici İşlər Nazirliyinin qondarma “erməni soyqırımı”nın 108-ci ildönümü ilə bağlı verdiyi bəyanatda toxunulduğu iddia olunub.

Xatırladılıb ki, aprelin 24-də Türkiyə Xarici İşlər Nazirliyi saxta “erməni terrorizmini” pisləyən bəyanat yayıb. “Sputnik Ermənistan” Xarici İşlər Nazirliyindən Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirməyi xahiş edib.“Bu məsələyə Ermənistanın baş naziri də toxunub, bu, Milli Assambleyanın sədrinin (Alen Simonyan – red.) Ankaraya səfəri zamanı da müzakirə olunub”, - Ermənistan XİN-dən bildiriblər.

Erməni mediası yazır ki, bunun hansı formatda baş verdiyi barədə idarədən məlumat verilməyib. “Lakin Simonyanın QDİƏT-in iclasındakı çıxışında parlamentin mətbuat xidmətinin yaydığı məlumatlara əsasən, bu mövzuya toxunulmayıb. Parlamentin mesajında erməni spikerin türkiyəli həmkarı ilə görüşünə də yer verilməyib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan QDİƏT PA-ya üzv ölkələrin parlament rəhbərlərinin iclasında iştirak etmək üçün mayın əvvəlində Ankaraya gedib. Səfər çərçivəsində Simonyan Türkiyə parlamentinin sədri Mustafa Şentop ilə görüşüb”-xəbərdə daha sonra bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR