İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediası Xaçaturyanın Azərbaycan dövlətinə təşəkkürünü “unutdu”

Neçə gündür Vaqif Xaçaturyanla bağlı şivən qoparan, hətta onun sağ olmadığını iddia edən ermənilər nisbətən sakitləşiblər. Ermənistan mediası Meşəli soyqırımında iştirak etmiş Xaçaturyanla bağlı Azərbaycanda yayımlanan məlumatları və kadrları tirajlayıb, amma yenə də özünə xas şəkildə.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

“Azərbaycan tərəfi iyulun 29-da Laçın dəhlizindəki “keçid məntəqəsi”ndə oğurlanmış Vaqif Xaçatryanın birbaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əlindən çəkilmiş görüntülərini nümayiş etdirib” - erməni mediası yazır.

Ardınca əlavə olunur ki, Azərbaycan KİV-nin məlumatına görə, bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ona baş çəkib.

Bundan əvvəl BQXK məlumat vermişdi ki, elə ilk gün onların Azərbaycandakı əməkdaşları Bakının 1991-ci ildə törətdiyi “azərbaycanlılara qarşı cinayətlərdə” ittiham etdiyi Xaçaturyana baş çəkib. “İndiyədək ailəsi ilə əlaqə saxlamayıb” - erməni mənbələri iddia edir.

Ancaq erməni mediası nədənsə Xaçaturyanın Azərbaycan dövlətinə təşəkkür etməsini “unudub”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR