İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni idmançı fırıldaq işlədərək İsraildəki yarışa qatılıb-qələbəsi ləğv ediləcəkmi?

Özünü qondarma “artsax idmançısı” adlandıran Arman Avanesyan İsrailin Hayfa şəhərində keçirilən döyüş sambosu üzrə Avropa çempionatında qızıl medal qazanıb. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumatda deyilir ki, bu barədə separatçı rejimin oyuncaq “təhsil, elm, mədəniyyət və idman nazirliyinin aparatı yanında idman şöbəsinin” rəhbəri Daniel Mkrtçyan açıqlama verib.

Onun sözlərinə görə, Arman Avanesyan 98 kq çəki dərəcəsində Belarusu təmsil edən idmançı ilə qızıl medal uğrunda mübarizə aparıb.

Qarabağdakı qondarma, terrorçu rejimin idmançısı çox güman ki, yarışa Ermənistan pasportu ilə qatılıb. Amma separatçıların bu təqdimatı beynəlxalq yarışmaya fırıldaq işlədərək qatılan erməni idmançının qələbəsinin ləğvi üçün Azərbaycanın və döyüş sambosu üzrə Avropa çempionatının təşkilatçılarının müvafiq addım atması üçün ciddi əsas yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR