İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hüquqşünaslar Paşinyana qarşı iddia qaldırıb - “Miatsum”a xəyanət edirsən

Ermənistan Vəkillər Palatasının keçmiş sədri Ara Zohrabyan və qondarma “DQR”” Vəkillər palatası”nın “sədri “ Erik Beqlaryan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıblar.

Musavat.com xəbər verir ki, iddia baş nazir Nikol Paşinyanın hərəkətlərinin qanunsuz olaraq tanınması və nəticələrinin aradan qaldırılması ilə bağlıdır

“Biz İnzibati Məhkəmədən Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı bəyanatlarını və hərəkətlərini qanunsuz hesab etməyi tələb edirik. Törəmə tələb kimi Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana bu istiqamətdə hər hansı addım atmasının, o cümlədən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənədi imzalamasının qadağan olunmasını istəyirik”, - deyə, Ara Zohrabyan yerli mediaya müsahibəsində bildirib.

Hər iki şəxs öz iddialarını Ermənistanın konstitusiyasına, habelə Ermənistan SSR Ali Sovetinin 1989-cu il qərarına (Dağlıq Qarabağın Azərbaycana birləşdirilməsi) əsaslandırdıqlarını bildiriblər.

Bütün bunlar onu göstərir ki, ermənilər hələ də mənfur “Miatsum” ideyasında əl çəkməyiblər və Laçın yolu onlar üçün hər hansı humanitar dəhliz yox, məhz həmin bədnam planın həyata keçirilməsi üçün lazımdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR