Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün əvvəl İrəvanın Zvartnots hava limanında hadisə baş verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
“Dövlət Gəlirləri Komitəsinin gömrük xidmətinin əməkdaşları Braziliyadan Ermənistana gedən sərnişinin əlində şüşəni görüb və orada nə olduğunu soruşublar və braziliyalı “Şərab” deyə cavab verib. Şüşənin içindəkiləri yoxlamaq əvəzinə, sonuncu braziliyalını içindəkiləri içməyə məcbur edib. Bundan sonra həmin braziliyalının halı pisləşib və bir neçə dəqiqədən sonra ölüb. Məlum olub ki, butulkada narkotik maddə olub" - qəzet yazır.
Ermənistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Zvartnots hava limanının xətt şöbəsinə avqustun 8-də təcili tibbi yardım briqadasının hava limanından əcnəbini tibb məntəqəsinə aparması və xəstəxanada dünyasını dəyişməsi barədə məlumat daxil olub. Materiallar ibtidai istintaq orqanına təhvil verilib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ