Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edilib. Rusiya XİN məlumat yayıb.
Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.
“Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Səslənən ittihamların tamamilə əsassız olduğu bildirilib. Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, - məlumatda qeyd edilib.
“Hazırda sərhəddə vəziyyət sabitdir, lakin vətəndaşlar arasında hələ də narahatlıq var”. Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan deyib. O, İrəvanın Azərbaycan rəsmilərinin bəyanatlarını diqqətlə izlədiyini bildirib: “İndi sərhəddə sabitlik qorunur. Azərbaycan Silahlı Qüvvələrinin sərhəd xəttində toplanması müşahidə olunmur. Amma vətəndaşlar arasında yenə də narahatlıq var ki, bunun olması təbiidir. Çünki onların mövqeləri hələ də ərazimizə yaxın yerləşir. Azərbaycanın müdafiə nazirinin bəyanatlarını izləyirik, lakin bu, müharibə ehtimalı üçün əməliyyatların dəyərləndirilməsi prosesinin kiçik bir hissəsidir. Sərhəd xətti boyunca qüvvələrimizin yenilənməsi davam etdirilir”.
TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını hərbi analitik Azad İsazadə cavablandırır.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ