İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni general: "Anklavlarla bağlı bəndin çıxarılmasını özüm xahiş etdim"

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiqran Xaçatryan üçtərəfli bəyanatın mətnində vaxtilə anklavların Azərbaycana verilməsinin əleyhinə olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, bununla bağlı “Sputnik Armeniya”ya müsahibəsində danışıb.
Xaçatryan qeyd edib ki, o vaxtkı Baş Qərargah rəisinin bəyanatının ilkin variantında anklavlarla bağlı bəndlər olduğunu görüb.

“Mən heyrətləndim, baş qərargah rəisindən soruşuram ki, atəşkəsin anklavlara nə dəxli var? Qısa müzakirəmiz oldu, ondan sonra o vaxtkı müdafiə naziri David Tonoyanla danışdım. O, məndən əlaqə saxlamağı xahiş etdi və anklavlarla bağlı müddəanı geri götürmək üçün dərhal Nikol Paşinyanla əlaqə saxladı”, - deyə erməni general bildirib.

Xaçatrayanın iddiasına görə, guya erməni tərəfi savaşdan sonra mövqelərini qoruya bilərmiş.
“Qubadlı və Laçın yaxınığındakı mövqelərimizi tərk etməmək olardı. Orada bizim üstün mövqelərimiz var idi. Amma bu da qəbul olunmadı”, - deyə baş qərargah rəisinin keçmiş müavini bildirib.

Xaçatryan izah edib ki, vəziyyət çox sürətlə inkişaf etdiyi üçün bu təkliflər o anda kağız üzərində yazılmayıb. Sonradan təbii ki, bütün bunlar sənədləşdirildi. Amma əvvəlcə təklif şifahi olaraq Nikol Paşinyana təqdim olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR