İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertdən İsrail açıqlaması və etirafı

Ermənistan-İsrail münasibətlərində müsbət irəliləyiş yoxdur, onlar son illər böhran içindədir və münasibətlərin təkmilləşdirilməsi üçün heç bir ilkin şərt yoxdur.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu İsrail işləri üzrə ekspert Sergey Melkonyan yerli mediaya bildirib.

Onun sözlərinə görə, Ermənistan və İsrailin ikitərəfli gündəliyi yoxdur. “Təl-Əviv İrəvanla əməkdaşlığa hazır deyil, çünki bu, Bakı ilə münasibətlərə xələl gətirə bilər”-ekspert iddia edib. Bununla belə, Melkonyan əlavə edib ki, İsraillə əlaqələr nə qədər vacib olsa da, İranla münasibətlərin pisləşməsi bahasına inkişaf etməməlidir, çünki Tehran Ermənistanın təhlükəsizliyinin mühüm komponentlərindən biridir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR