İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Paşinyan iqtidarı yalnız iki sahədə artımı təmin edə bildi-narkotik və qumar

 

Paşinyan iqtidarı illərində indiki hökumət yalnız iki sahədə - narkotik və qumarda artım sürətini təmin edə bildi.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlər yerli strateq Karen Köçəryan tərəfindən  dilə gətirilib.

Erməni ekspert Ermənistana 3 ton kokain gətirmək cəhdi ilə bağlı yaranan qalmaqala münasibət bildirib.

“Aydındır ki, bu yük Ermənistanda tamamilə satış üçün nəzərdə tutulmayıb. Üstəlik, bu narkotiklərin tranziti ilə bağlı nə birinci, nə də sonuncu hal olacaq. Ölkə narkotik ticarəti zonasına çevrilib. Bundan yerli narkobaronlar da istifadə edirlər. Ümumilikdə, indiki hakim elitanın 5 illik hakimiyyəti yalnız iki sahədə - narkotik ticarəti və qumarda kəskin artıma səbəb olub”,-deyə o, yerli Beşinci telekanalın efirində danışarkən deyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR