İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “Ermənistanda hakim partiyanın üzvləri öz liderlərini tək qoyaraq...”  

“Erməni xalqının tarixində ən böyük ziyanı Paşinyanın “Vətəndaş sazişi” partiyası və “Çıxış” bloku vurub”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Stepan Danielyan öz Facebook səhifəsində yazıb.

Onun ifadəsinə görə, “bu cinayətkar təşkilatın üzvləri” bu gün bəzi liderlərini buraxaraq kənara çəkilməyə çalışmalıdırlar.

“Bu, onlara bəraət qazandırmayacaq, lakin yüngülləşdirici hal kimi qəbul edilə bilər. Əgər erməni xalqı mövcud olmaqda davam edəcəksə, o zaman bu qüvvələrə mənsub şəxslərin adları dərsliklərdə qara hərflərlə yazılacaq”, - deyə  erməni politoloq yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR