İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “Bakı təminat olaraq anklavları istəyir”

 

“Azərbaycan Prezidentinin Ermənistanın revanşdan imtina etməsi ilə bağlı tələb etdiyi təminatlar bir çox elementləri ehtiva edə bilər ki, onların həyata keçirilməsi klassik mənada Ermənistanın suverenliyinin və dövlətçiliyinin aradan qaldırılmasına gətirib çıxaracaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Alen Gevondyan bildirib.

“Azərbaycan özünü uzun müddətə sığortalamağa çalışır. Onlar təminatlardan danışarkən yazılı və ya şifahi vədləri nəzərdə tutmurlar. Bu tələblər Ermənistanın silahlı qüvvələrinin olmaması konsepsiyasına uyğun ola bilər”, - deyə Gevondyan Kentron telekanalında deyib.

Onun sözlərinə görə, analoji konsepsiya Gümrü müqaviləsində (1920-ci ildə Türkiyə və Ermənistan arasında imzalanıb-red.) də nəzərdə tutulmuşdu. Onun qapalı əlavələrindən birində Ermənistanın silahlı qüvvələrinin olmayacağı, yalnız polis qüvvələrinin olacağı, Türkiyə qoşunlarının isə onun ərazisində yerləşəcəyi bildirilirdi. Ermənistan Respublikasının belə modelini dövlət adlandırmaq çətin olardı. Ermənistanın real suverenliyinin və real dövlətçiliyinin olması Azərbaycan üçün də sərfəli deyil”,-deyə o qeyd edib.

Erməni revanşistin fikrincə, anklav ərazilərin təslim edilməsi də bu təminatlardan biridir. “Bütün bu anklavlar Ermənistanın mühüm kommunikasiya xətlərində yerləşir. Azərbaycan bu marşrutları ələ keçirməklə həm müdafiə nöqteyi-nəzərindən, həm də iqtisadi baxımdan bütün Ermənistana nəzarət edəcək. Bu, Ermənistanın tam udulması deməkdir. Onun dünyanın siyasi xəritəsində yalnız adı qalacaq.  Ancaq reallıqda bu, dövlət deyil, sadəcə ərazi olacaq", deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR