İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan sərsəm iddialar  

Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının üzvü, Müdafiə və Təhlükəsizlik Komissiyasının üzvü Tiqran Abramyan Ermənistan hakimiyyətinin Tavuş (Tovuzqala) istiqamətində sərhədin delimitasiyasına davam etmək qərarını tənqid edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Parlamentarinin sosial şəbəkələrdə yazdığına görə, İrəvan faktiki olaraq son günlər Bakıya üçüncü güzəştə gedib. “Əvvəlcə Ermənistan hakimiyyəti Minsk Qrupunun buraxılmasına razılıq verdi, sonra isə Konstitusiyaya gözlənilən dəyişikliklərə eyham vurdular. Bu barədə bu yaxınlarda Ədliyyə Nazirliyinin rəhbəri danışdı”, deyən erməni deputat ardınca iddia edir ki, indi biz Azərbaycanla delimitasiyanı Sünik (Zəngəzur) və Geqarkunikdə (Göyçə), Ermənistan, Gürcüstan və Azərbaycan sərhədlərinin kəsişdiyi nöqtədən davam etdirməyə razılaşdıq.

Deputat sərsəmcəsinə iddia edib ki, “Ermənistan üçün əlverişli və situasiya baxımından məntiqli yanaşma 2021-2023-cü illərdə “Azərbaycanın işğal etdiyi” (?!-red.) ərazilərdən delimitasiyaya başlamaq olardı və nəticədə Azərbaycan öz məqsədinə nail oldu.

Onun sözlərinə görə, sərhədin Tavuş hissəsi Azərbaycan üçün vacibdir, çünki Ermənistan hakimiyyəti vaxtilə Azərbaycanla sərhəddini elan edib. Deputat həyəcanlanaraq əlavə edib ki, anklav kəndlər, Yuxarı Əskipara, Sofulu və Barxudarlının qaytarılması təkcə Tavuşda daxili kommunikasiyaları məhv etməyəcək, həm də Gürcüstanla sərhədə gedən magistral yolu təhlükə altına salacaq.

O, qeyd edib ki, İcevandan Berd istiqamətinə gedən yolda başqa problem yarana bilər, çünki magistralın bir hissəsi Azərbaycanın nəzarətinə keçə bilər. Ən azı indiyə qədər bu məsələ ilə bağlı heç bir siyasi həll yolu təklif olunmayıb.

Abrahamyan həm də “ehtiyat edir” ki, Tavuş hissəsinin delimitasiyası başa çatdıqdan sonra Azərbaycan uzaqgörən bir bəhanə ilə prosesin davamını poza bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR