İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan ETİRAF: “Azərbaycanın hərbi üstünlüyü var”

“Cermukun sərhəd bölgələrinə baş çəkdik, orada nə olduğunu öz gözlərimizlə gördük və sərhəd işini izlədik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə müsahibəsində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Armen Xaçatryan deyib.

“Bəli, düşmən (Azərbaycan) mövqelərinin həm durbinlə, həm də adi gözlə göründüyü yerləri gördük. Onların mövqeləri hər yerdən görünür, Xoznavarda mövqelər arasında bir neçə metr məsafə olan hissələr var, əsgərlərin üzlərini belə aydın seçmək olur”, - deyə Xaçatryan qeyd edib.

Deputat Azərbaycanın Laçında hərbi baza tikməsinə münasibət bildirib: “Hər zaman təhdidlər var, bu gün Azərbaycanın o qədər hərbi üstünlüyü var ki, o, artıq Ermənistan üçün təhlükədir. Hərbi baza tikmək çox şeyi dəyişmir, çünki hərbi balans əvvəldən pozulub”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR