İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat sirri açdı: “Bu pullar onlara susmaları üçün verilir”

“Həmişə söhbət Dağlıq Qarabağdan gedəndə deyirsiniz ki, biz onlara pul vermişik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin növbədənkənar iclasında “Ermənistan” müxalifət blokunun deputatı, “Daşnaksütyun” partiyasının üzvü Geqam Manukyan hökumətə yönəlik tənqidi çıxışında deyib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi, əslən Qarabağ ermənisi Armen Qriqoryanı belə bir səviyyəyə enməməyə çağırıb.

“Heç olmasa, Qarabağla əlaqələri pul münasibətlərinə çevirməyin. Axı siz özünüz də Qarabağda anadan olmusunuz. Həmin pulları insanların susması üçün ayırırlar. Bu pullar onlara böyük sevgidən verilmir”, - deyə müxalif siyasətçi bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR