İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat Qazaxın kəndlərindən yazdı - “Azərbaycana qaytarılıb” – Tofiq Zülfüqarovla “Canlı debat”

Ermənistan parlamentinin deputatı Qeqam Nazaryanın sosial şəbəkə hesabında paylaşdığı status gündəm yaradıb. Erməni deputat 8 mart 1992-ci ildən Ermənistanın işğalı altında olan Qazax rayonunun Xeyrimli kəndinin artıq Azərbaycana təhvil verildiyini iddia edib.

Deputatın kənddən paylaşdığı məlumatda deyilir: “Babamın evinin həyətində dayanıb günəşin nə vaxt batacağını görmək, işlərimi planlaşdırmaq qərarına gəldim və burada Nikol, Ararat Mirzoyan və Google-dan belə bir sürpriz var”.

Deputatın statusuna gələn rəylərdə isə ermənilər Qazaxın kəndlərinin Azərbaycana çoxdan təhvil verildiyini, lakin hələlik açıqlanmadığını vurğulayıb.

Qeyd edək ki, Qazax rayonunun 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bunlar Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləridir. Nələr baş verir? Qarşıda başqa hansı planlar var?

Bu və gündəmdəki digər sualları eks xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR